Bəzi yerlərdə yağış yağacaq
14.03.2019 [13:26]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Axşam ayrı-ayrı yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.