İQTİSADİYYAT


Xaçmazlı fermerlərə səyyar satışda güzəştli şərtlərlə 50 tona yaxın mineral gübrə satılıb

Martın 15-də “Aqrolizinq” ASC tərəfindən Xaçmaz rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ləcət kəndində təşkil olunan səyyar satışda rayonun 8 inzibati ərazi dairəsi üzrə 37 kənddən olan fermerlərə 50 tona yaxın mineral gübrə satılıb.