CƏMİYYƏT


Güclü gülək əsəcək

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüzdən başlayaraq arabir güclənəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 11-15° isti, Bakıda gecə 6-8°, gündüz 13-15° isti olacaq.