İQTİSADİYYAT


“Bakmil” stansiyasında hansı yeniliklər var?

Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyası sərnişinlərin istifadəsinə verilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir. Bundan başqa, əhəmiyyətli yeniliklərdən biri də açıq hava şəraitində yerləşən stansiya yolunun çətirlə örtülməsidir. Platforma boyunca bütün yol sahəsini əhatə edən çətir sərnişinləri və qatarları yağışdan qorumaqla yanaşı, burada gecə vaxtlarında qatar saxlanılmasına da imkan yaradır.