İQTİSADİYYAT


Biləcəridəki Ordubadi küçəsinin yenidənqurma işləri yekunlaşıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uzunluğu 2,9 kilometr, eni isə ortalama 16 metr olan Ordubadi küçəsində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilib. Küçədə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.