Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah yağış yağacaq

28.03.2019 [13:44]

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacağı ehtimalı var. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI