CƏMİYYƏT


Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan sosial islahatlar barədə məlumatlar verilib

Martın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüş keçirilib. Görüşdə beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin rəhbər şəxsləri də iştirak edib.