İQTİSADİYYAT


Ticarət mərkəzindəki yanğından zərər çəkmiş sahibkarların müraciətləri dinlənilib

Martın 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərər çəkmiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən sahibkarların fərdi qaydada qəbuluna başlanılıb.