İQTİSADİYYAT


Azərbaycanın ən çox məhsul idxal və ixrac etdiyi ölkələrin adları açıqlanıb

Azərbaycan bu ilin yanvar-fevral aylarında ən çox İsveçrədən məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən iki ay ölkəyə ən çox İsveçrə, Rusiya və Türkiyədən məhsul idxal olunub. İsveçrədən idxalın dəyəri 275 milyon 146 min ABŞ dolları, Rusiyadan 251 milyon 776 min dollar, Türkiyədən isə 196 milyon 634 min dollar olub.