Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda 2 küçə təmir edilib, daha 3 küçədə işlər aparılır

02.04.2019 [16:39]

Xəbərin mətni
İlin əvvəlindən rayon üzrə başlanılan təmir-tikinti işləri çərçivəsində 2 kilometr uzunluğa malik 2 küçənin 40 min kvadratmetrdən çox sahəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Bu, uzunluğu 0,8 kilometr, köməkçi yolları ilə bərabər ümumi eni 44 metr olan Neapol küçəsi və 1,2 kilometr uzunluğunda, 6 metr enində olan “NZS” qəsəbəsinin Levanovski küçəsidir.