İQTİSADİYYAT


Bakıda Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbir keçirilib

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun tədbirin əhəmiyyətindən, iki dost ölkə arasında sosial-iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Ticarət Palatasının yaradılmasının Azərbaycan-İsrail iqtisadi əlaqələrinin dərinləşməsində mühüm rol oynadığını bildirən A.Kaplun qurumun gələcək fəaliyyətinə həsr olunan təqdimatla çıxış edib.