Sabah Bakıda 16 dərəcə isti olacaq
07.04.2019 [15:07]
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yelərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.