“Azəriqaz” İB-nin baş direktoru şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
11.04.2019 [15:50]
Xəbərin mətni
Aprelin 11-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Qaz İstismar İdarəsinin inzibati binasında keçirilən qəbul zamanı Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon sakinlərinin müraciətlərinə baxılıb.