CƏMİYYƏT


Heydər Əliyev Fondunun və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə Sumqayıt şəhər general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli və Sumqayıt şəhər internat tipli gimnaziyaların şagirdləri FHN Akademiyasının fəaliyyəti ilə tanış olublar.