İQTİSADİYYAT


Xaçmazda taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirləri görülür

Xaçmazlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar. Bunun üçün “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə əlavə 700 litr herbisid gətirilib.