İQTİSADİYYAT


Lənkəran arıçıları bu il hər pətəkdən 20-25 kiloqram məhsul gözləyirlər

Lənkəranda arıçılıq təsərrüfatlarında işin qızğın dövrü başlayıb. Pətəklərə baxış keçirilir, çərçivələr dəyişdirilir. Yaza demək olar ki, itkisiz çıxdıqlarını söyləyən arıçılar bu il ötən ildəkindən çox – hər pətəkdən 20-25 kiloqram məhsul götürə biləcəklərini bildirirlər.