CƏMİYYƏT


Aptekdən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıblar

Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq aptekdəki seyfləri qıraraq oradan külli miqdarda pul talayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsinə və 16-cı polis bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. Cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev idarə və bölmə əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır