CƏMİYYƏT


Sabah ölkə ərazisində yağışlı hava olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti olacaq.