Ölkə ərazisində intensiv yağış yağacaq
22.04.2019 [14:24]
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7°, gündüz 10-13° isti Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaq.