CƏMİYYƏT


Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb

Çinin paytaxtında keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır