Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtər rayonunda 6 yaşayış məntəqəsini birləşdirən yeni yol inşa edilib

26.04.2019 [12:19]

Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib. Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib.