Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda 21 dərəcə isti olacaq

26.04.2019 [14:08]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI