CƏMİYYƏT


Bakıda 21 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.