Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci rübdə 283 minik avtomobili istehsal olunub

27.04.2019 [21:14]

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 3 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI