“Ferrari” komandasının pilotu Şarl Lekler sıralama yürüşündə mübarizəni erkən dayandırıb
27.04.2019 [18:52]
Xəbərin mətni
Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sıralama turunda növbəti qəza baş verib.
AZƏRTAC xəbər verir ki, “Ferrari” komandasının pilotu Şarl Leklerin idarəetməni itirməsi nəticəsində bolid baryerə çırpılıb. Qəza nəticəsində onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.