Qəzada ağır yaralanan futbolçu dünyasını dəyişib
29.04.2019 [12:25]
Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Kayserispor” - “Alanyaspor” matçından sonra alanyasporlu futbolçuları daşıyan avtobus qəzaya uğrayıb. Ehtimala görə, hadisəyə səbəb sürücünün sükan arxasında yatması olub. Hadisə nəticəsində biri ağır olmaqla 7 futbolçu xəsarət alıb. Ağır yaralanan çexiyalı Jozef Sural xəstəxanada dünyasını dəyişib. Futbolçunun xanımı körpəsi ilə təcili klinikaya gəlib. Qəzada yaralanan digər oyunçuların vəziyyəti normaldır.