Qusarda voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
29.04.2019 [15:17]
Xəbərin mətni
Qusarda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunan voleybol üzrə açıq rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçirilən turnirdə məktəbli qızlardan ibarət 11 komanda mübarizə aparıb. 150-yə yaxın məktəbli qızın cəlb olunduğu yarış iki gün davam edib.