CƏMİYYƏT


Yasamal rayonunda məktəblilərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Yasamal rayonu ərazisində məktəbliyə qarşı soyğunçuluq edilib. Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkənin valideyni dərsdən sonra oğluna naməlum şəxsin yaxınlaşaraq mobil telefonunu danışmaq adı ilə alıb qaytarmadığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Təbriz Zeynalov saxlanılıb.