İQTİSADİYYAT


Xaçmazda turistlərin ən çox istifadə etdiyi yola yeni asfalt döşənir

Xaçmaz rayonunda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yoluna yeni asfalt örtüyünün döşənməsi iyun ayında başa çatdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər il on minlərlə turistin istifadə etdiyi yolun uzunluğu 25 kilometrdir. Altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda yenidənqurma işlərinə aprelin 20-dən başlanılıb.