Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq

03.05.2019 [15:16]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 19-24° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI