İQTİSADİYYAT


Qubada Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılmasına başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Hacıhüseynli və Əliməmmədoba kəndlərinin qazlaşdırılmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra bu iki kənddə, ümumilikdə, 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.