CƏMİYYƏT


Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək.