İDMAN


Bakıda “Böyük dəbilqə” beynəlxalq turniri başlayıb - Açılış mərasimi

Mayın 10-da Heydər Əliyev adına İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov idmanın dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.