Şimal rayonlarına dolu yağıb
13.05.2019 [15:10]
Xəbərin mətni
Mayın 13-da Azərbaycanın şimal rayonlarına dolu yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında yağan dolu 5 dəqiqə davam edib. Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub.
Buz parçaları taxıl zəmilərinə və tərəvəz əkinlərinə ziyan vurub.