İDMAN


Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq Qran-pri yarışlarının gümüş medalına sahib olub

Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında "Rio 2016" Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rövşən Səfərov gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız moldovalı Oleq Kretula qalib gələrək dörddəbir finala yüksəlib.