Azərbaycan idmançıları Qran-Pridə 11 medal qazanıblar
14.05.2019 [21:26]
Xəbərin mətni
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına mayın 14-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.
Xatırladaq ki, turnirin birinci günündə paracüdoçularımız millimizin aktivinə 3 qızıl, 3 gümüş və 3 bürünc medal yazdırıblar. Beləliklə, turnirdə 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub.