MƏDƏNİYYƏT


İlk Azərbaycan gerbi niyə dəyişdirildi – Rəssam Rafiq Məmmədov səbəbləri açıqladı

Azərbaycanın dövlət rəmzlərinin hər birinin öz tarixi var. Bayrağımızın ilk formaları, yaranması və onun üzərindəki hər bir elementin mənaları haqqında hamımızın məlumatı var. Hazırkı dövlət gerbi də müəyyən formalaşma dövrü keçib, ilkin variantlar təklif olunub, sonda ən optimal variant təsdiqlənib. Onun hazırlanması üçün keçirilən müsabiqədə rəssam dizayner Rafiq Məmmədov iştirak edib. O, bir çox beynəlxalq tədbirlərin, həmçinin Əsrin müqaviləsi tədbirinin interyer dizaynının müəllifidir.  Rəssam AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, o zaman mindən artıq gerbin eskizi komissiyanın seçiminə təqdim edilmişdi.

Rafiq Məmmədov: "Azərbaycan xalçası ilə bağlı gerb yaratmışam. Orda xalçalarda simvol tapmışam. Hansı bizə uyğun ola bilər. Əksər gerblərin üzərində quşdur. Ona görə mən xalçada tapdım quşları bu gerbi yaratdım".

Müsabiqə birinci yeri tutduğunu deyən rəssam gerbin üzərindəki rəmzin təsadüfü olmadığını söyləyir. 

Rafiq Məmmədov: "Xalçalarda bir-birinin qabağında duran quşlar. O hər şeyi başa salır. Dostluq, bərabərlik bu quşlar buna aiddir".

1992-ci ildə müsabiqənin nəticələri ləğv olundu. Gerbin hazırlanması işinə yenidən başlandı. 

Rafiq Məmmədov: "Başladılar təzə müzabiqə eləməyə. Yeni müsabiqə bir müddət keçəndən sonra qəzetdə yazı çıxdı. Sonra Milli Məclisə bir rəmz çıxarıblar. O peşəkar rəmzə oxşamadı. Milli Məclisdə baxdılar qəbul etmədilər".

Bu rəmzin 1920-ci ildə gürcü rəssam Knyaz Şerşavidze tərəfindən hazırlındığı deyən Rafiq Məmmədov bunun gerb formasına salınması tapşırığını ona verildiyini bildirir.

Rafiq Məmmədov: "Bir nəfər mənə zəng vurdu dedi ki sizdən xahiş edirik ki, bu gerbi yenidən işləyin ki, Milli Məclis qəbul eləsin. Mən bunu geraldikaya uyğun hazırladım. Orda çox məsələlər var". 

Müəllifin sözlərinə görə, gerb üzərindəki şəkillərin hamısının mənası var.

Rafiq Məmmədov: "Taxıl bolluqdur,Palıd bərklikdir möhkəmlikdir. Bu bizim bayraqdır. Bu 8 güşəli ulduzdur. Bu alov yazıdır. Bax allah sözüdür. Bu allah sözü ilə gerbdən məşəli çıxartdım". 

Rafiq Məmmədov qeyd edir ki, arxivdə apardığı araşdırmalar zamanı məlum olub ki, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin  gerbi olmayıb. O zaman Gürcü rəssam Knyaz Şerşavidzeye gerbin hazırlanması tapşırılır. R.Məmmədovun sözlərinə görə, Rusiya teatr rəsmı olan Şerşavidze rəmzi 1920-ci ildə hazırlayır, ancaq bolşevik işğalı nəticəsində gerb qəbul olunmur.