İDMAN
Xosep Qvardiola ardıcıl ikinci dəfə mövsümün ən yaxşısı seçilib
15.05.2019 [23:51]
İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola ardıcıl ikinci dəfə mövsümün ən yaxşısı seçilib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 48 yaşlı ispaniyalı mütəxəssisin çalışdırdığı komanda çempionatın son turunda “Brayton”u 4:1 hesabla məğlub edərək ardıcıl ikinci dəfə İngiltərə çempionu olub.