Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bazar günü 34 dərəcə isti olacaq

18.05.2019 [13:40]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 24-28° isti, Bakıda gecə 17-19°, gündüz 25-27° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI