İDMAN


Kilian Mbappe Fransa çempionatının ən yaxşı futbolçusu seçilib

“Paris Sen-Jermen” klubunun gənc hücumçusu Kilian Mbappe Peşəkar Futbolçular Milli Birliyinin (UNFP) qərarına əsasən, 2018-2019-cu il mövsümündə Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

AZƏRTAC xəbər verir ki, Fransa milli komandasının üzvü cari mövsümdə 28 oyunda 32 dəfə fərqlənərək ölkə çempionatının ən məhsuldar futbolçusu olub. Bu, K.Mbappenin cari ildə ikinci mükafatıdır. O, bir həftə əvvəl Fransanın ən yaxşı gənc futbolçusu elan edilmişdi.