İDMAN


UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

UEFA Avropa Liqasının kuboku ölkəmizin bölgələrində də nümayiş olunur. Belə ki, Avropa Liqasının kuboku Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.