İDMAN


CNN Avroliqanın Bakıdakı finalı ilə bağlı video yayıb

CNN telekanalının veb-saytında "Avropa Liqasının finalı Bakıya gəlir" başlıqlı video yayımlanıb. Bakı haqqında təqdimatı Ramil Cahangirov edib. O, "Çelsi" komandasının fanatları klubunun üzvüdür. Təqdimatda futbol hakimi Tofiq Bəhramov, Olimpiya Stadionu haqqında məlumat verilir, şəhərin görməli yerləri nümayiş olunur.