İDMAN


UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı dünya mediasının diqqət mərkəzindədir

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçı dünya mediasının gündəmində, idman ictimaiyyətinin diqqət mərkəzindədir. Finalda iki ingilis komandasının qarşılaşması Böyük Britaniyada bu oyuna marağı daha da artırıb.

AZƏRTAC xəbər verir ki, dünyanın məşhur ESPN kanalı da paytaxtımızda keçiriləcək həlledici görüş barədə veriliş hazırlayıb. UEFA Avropa Liqasının final oyununa həsr edilmiş xüsusi proqramda “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə geniş yer ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır