İDMAN
Avroliqada ilk dəfə Bakıda - Finalın talismanları futbolçu qızlar olacaq
25.05.2019 [01:46]
Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqası finalının talismanları azərbaycanlı futbolçu qızlar olacaq. Bununla bağlı UEFA videoçarx yayıb. Videoda futbol oynamağı sevən qızlar öz istəklərindən, məqsədlərindən, futbolu necə sevdiklərindən danışırlar. Məlumatda bildirilir ki, Avropa Liqasında ilk dəfə 22 futbolçu qız talisman rolunda futbolçuları meydana çıxarkən müşayiət edəcəklər. Layihə AFFA ilə birlikdə hazırlanıb.
Dördüncü ildir UEFA Avropa Liqasının gənclər proqramı üzrə rəsmi tərəfdaşlarından olan “Fedex” beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə gənclər proqramına aztəminatlı və məcburi köçkün ailələrindən 22 azyaşlı qız (10-12 yaşarası) cəlb olunub. Həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçıları, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.
Looking forward to this very special moment in Baku! 22 girls are making history at the @EuropaLeague final. It will be the first time in a European final that we see an all-female mascot line-up! Thank you to @FedExEurope and AFFA for delivering this powerful moment. pic.twitter.com/2gfPOG5tpx
— UEFA Foundation (@UEFA_Foundation) 24 мая 2019 г.