İDMAN


Məşhur futbolçular Bakıda azarkeş festivalında iştirak edib

UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində mayın 25-də Dənizkənarı Milli Parkda azarkeş festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının kubokunun nümayiş olunduğu festivalda Baş nazirin müavini, UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, məşhur futbolçular - İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen və İtaliya yığmasının sabiq qapıçısı Françesko Toldo, AFFA-nın prezidenti Rövnəq Abdullayev da iştirak ediblər.

Festivala böyük maraq göstərən şəhər ictimaiyyətinin nümayəndələri, futbol həvəskarları UEFA Avropa Liqasının kuboku və tanınmış futbolçularla xatirə şəkilləri çəkdiriblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır