"Arsenal" Bakıya yola düşüb VİDEO+FOTO
25.05.2019 [16:23]
"Arsenal" klubunun futbolçuları artıq Bakıya yola düşüblər. Bununla bağlı komandanın üzvləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.
"Arsenal"ın türk əsilli futbolçusu Mesut Özil də paylaşım edərək növbəti dayanacağın Bakı olacağını yazıb. O bundan əvvəl də "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik- finaldayıq! Bakıda görüşənədək" sözləriilə fanatlarına müraciət etmişdi.

Həmçinin o da məlum olub ki, Denni Velbek də "Arsenal"ın heyətinə daxil edilib. O da Bakıda finalda iştirak edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları Avropa Liqasının finalında qarşılaşacaq.