"Çelsi" də Bakıda
28.05.2019 [01:52]
UEFA Avropa Liqasının finalında “Arsenal”la qarşılaşacaq “Çelsi”nin futbolçuları mayın 27-də axşam saatlarında Bakıya gəliblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanı bir qrup azarkeş qarşılayıb. Qarşılanma mərasimindən sonra futbolçular qaldıqları otelə yollanıblar.
Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 23:00-da başlayacaq.
Video: Chelsea FC