Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abdulla Sami: Bakıda gördüklərim məni heyran etdi

28.05.2019 [17:08]

Xəbərin mətni

Mən Çelsi klubunun azarkeşiyəm. İraqdan Bakıya Avropa Liqasının final qarşılaşmasını izləmək üçün gəlmişəm. Bakıda gördüklərim məni heyran etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn “Çelsi” klubunun azarkeşi Abdulla Sami bildirib.