Serxio Ramos karyerasını Çində davam etdirməyi planlaşdırır
28.05.2019 [18:33]
33 yaşlı futbolçu bunun üçün Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşüb. İspaniyalı müdafiəçi müqaviləsinin ləğvini və Çin komandalarından birinə keçməyi istəyib. Daha öncə təcrübəli oyunçunun "kral klubu"nda qalmaq istəmədiyi bildirilib. Qeyd edək ki, Serxio Ramos 2005-ci ildən "Real Madrid"də çıxış edir.