Təşkilatçılıq əladır, şəhərdə təhlükəsizlik yüksək səviyyədədir
29.05.2019 [13:22]
Moskvadan "Arsenal"ı dəstəkləmək üçün gəlmişəm. İlk dəfə Bakıya gəlməyimə baxmayaraq burada özümü yad hiss etmiram. Təşkilatçılıq əladır, şəhərdə təhlükəsizlik yüksək səviyyədədir.
Bu sözləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn rusiyalı futbol azarkeşi AZƏRTAC-a müsahibəsində deyib.